CV-nizə rəqəmsal bacarıqlarınızı qeyd edin!


Hal-hazırda çox az sayda iş yerləri mövcuddur ki, orada kompüter bacarıqları tələb edilmir. Siz hər hansısa vakansiya üçün müraciət edirsinizsə, əmin olun ki, sahəniz üçün tələb olunan kompüter bacarıqlarına sahib olmağınız sizi digər namizədlərdən fərqləndirəcək. Ən pis halda belə, siz rəqəmsal baza biliklərini yaxşı səviyyədə bilməlisiniz ki, iddiasında olduğunuz vəzifəyə qəbul alasınız.

Yaxşı, bəs bu bacarıqları CV-də necə qeyd etmək olar?

Əgər siz kifayət qədər rəqəmsal bacarıqlara sahibsinizsə və bundan əminsinizsə, rahatlıqla təməl rəqəmsal bacarıqları və əlavə olaraq bildiyiniz proqramları qeyd edə bilərsiniz. Yaxşı, bəs müəssisə sizin bacarıqlarınızı test etmək istəsə? :) 

Və ya siz bu mərhələni keçib, iş prosesində qeyd etdiyiniz mükəmməl rəqəmsal bacarıqlarla bağlı real situasiyalarda çətinlik yaşasanız, bu halda nə etmək olar?

Bu halda sizi və qarşı tərəfi əmin edə biləcək həll yolu sizin qeyd etdiyiniz rəqəmsal bacarıqlarınızın sertifikatlaşdırılmış olmasıdır. Məhz bu məsələ ilə bağlı, Avropada aparılan araşdırmalar nəticəsində insanların çoxu yaxşı, hətta çox yaxşı rəqəmsal bacarıqlara sahib olduqlarına inanır və öz CV-lərində bunu qeyd edir. Lakin, beynəlxalq araşdırmalar göstərir ki, bu iddia reallıqda öz əksini tapmır.

Buna görə də, sertifikat rəqəmsal bacarıqları sübut etməyin və boşluqları müəyyən etməyin ən yaxşı yolu hesab edilmişdir.

Bəs dünyada ən çox müraciət olunan kompüter bacarıqları üzrə sertifikat hansıdır?

Avropa və Asiyanın bir sıra qabaqcıl ölkələrində, ümumilikdə 100-dən artıq ölkədə (Böyük Britaniya, Almaniya, Fransa, Çin, Koreya, Yaponiya, Türkiyə və s.) 14 milyondan çox insanın kompüterdən və kompüter proqramlarından istifadə etmək üçün lazım olan bilik və bacarıqlarını ölçən beynəlxalq dərəcəli ICDL (International Computer Driving Licence) ən çox müraciət olunan sertifikatlaşdırma proqramıdır. 

Siz bu proqramın 3 istiqamətini gözdən keçirib, öz ixtisas və sahənizə uyğun rəqəmsal bacarıqlarınızı sertifikatlaşdıra bilərsiniz. ICDL-in digər İT sertifikatlarından üstünlüyü sizə, həm öz elektron kitabı ilə təmin etməsi, həm də sertifikat imtahanından qabaq sınaq imtahanı üçün şərait yaratmasıdır. Və ən əsası bu proqram özü-özünə təhsil (self-study) üçün çox əlverişlidir.

CV-nizə daxil edə biləcəyiniz spesifik və ən çox işlək kompüter bacarıqları

Yuxarıda qeyd edildiyi kimi, ilk öncə sahənizə uyğun və ya maraq dairənizdə olan rəqəmsal sahələri seçin. Məsələn, daha çox insanın müraciət etdiyi sahələr bunlardır: Office proqramları, proqramlaşdırma, İT təhlükəsizliyi, qrafik dizayn, verilənlər bazasının idarəedilməsi və s. 

Siz qeyd olunan bütün istiqamətlər üzrə baza bilikləri üçün ICDL-ə müraciət edə bilərsiniz. Qeyd edim ki, hər bir istiqamət üzrə öncədən araşdırma aparmaq istəyirsinizsə, ICDL-in hər bir modulu üçün hazırlanmış sillabusu ilə tanış olun. 

Rəqəmsal bacarıqlarınızı sertifikatlaşdıraraq, fərqinizi göstərin :) 

Faydalı linklər:

1. https://icdleurope.org/ 

2. https://icdleurope.org/icdl-programmes/

3. https://dim.gov.az/activities/exams/ICDL/ - Azərbaycanda ICDL imtahanlarının keçirildiyi mərkəz 

4. https://eservices.dim.gov.az/iexams/az/login.aspx - ICDL imtahanına qeydiyyat


Daha çox məlumat üçün əlaqə: s.zarbiyeva@dim.gov.az 



Comments

Popular posts from this blog

Böyüyəndə nə olaq?

Abituriyentlərə məsləhətlər