Böyüyəndə nə olaq?

Biz bu sualın cavabını uşaq yaşlarından universitet və ixtisas seçmək vaxtı gələnə qədər dəyişə bilərik. Müşahidə edə bilərik ki, həmin vaxt yetişəndə isə, az kütlə gənc var ki, seçdiyi ixtisas qrupunu yox, həqiqətən özünü görmək istədiyi sahəni və ixtisası desin.

Bunu müəyyənləşdirməyin iki istiqaməti var. Birincisi, arzunuzda olduğunuz sahəni xəyal edib, bu istiqamətdə hazırlaşmağa başlamaq, ikincisi isə, hazırlıq mərhələsinə başlayıb, öz bacarıqlarınızın hansı istiqamətdə daha güclü olduğunu görərək həmin sahə uğrunda çalışmaq.

Kənar təzyiqlərdən uzaq olun! – Təbii ki, sizə bu mərhələdə müdaxilə edənlər də az olmayacaq. Ola bilsin, həkim nəslində dünyaya gəldiyinizə görə, artıq sizin ATU-da müalicə işi ixtisasınız hələ kiçik yaşlarınızdan kodlaşdırılıb. Bəzi gənclər bunu artıq bir qanun kimi görüb etiraz etmədən davam edirlər. Hətta, “Nə istədiyimi bilmirəm, lakin valideynlərim bu ali məktəbi məsləhət görür” ideayası ilə ixtisas seçənlər, “Mənim üçün fərqi yoxdur, bircə harasa düşüm” idealogiyası ilə universitetdə yer alan gənclər də var. Bu siyahını davam etdirmək olar, lakin ideal ixtisas seçimi kriteriyasını yalnız şəxsin özü, öz istəyi və araşdırmalarının nəticəsi düz istiqamətdə apara bilər.

Düzgün ixtisas və təhsil müəssisəsini seçimi necə etmək olar?

Özünüzü tanıyın! – Vacib bir qeyd, özünüzü görmək istədiyiniz sahə ali təhsil müəssisələrində yox, peşə məktəblərində və ya kolleclərdə də ola bilər. Sizin peşə təhsilini seçməyiniz ola bilsin ki, gələcəkdə  prestijli, yüksək məvacibli və ürəyinizcə olan sahədə olmağınıza imkan yarada bilər. Ona görə də, ilk öncə bacarıqlarınızdan agah olun.

İxtisas və universitet barədə məlumatlar toplayın! – Əvvəlcə, seçdiyiniz ixtisas üzrə fakültələrin hansı ali və ya orta təhsil müəsssəsində olduğunu öyrənin. Həmin müəssisələrdə müəllimlər, dərs prosesi və mühit haqqında öyrənməyə çalışın (bu haqda məlumat əldə etmək sosial şəbəkələr vasitəsilə çox əlçatandır). Hətta, həmin ixtisası bitirən məzunlardan məsləhət almağa çalışın. Oxuduqları müddətdə müəllim heyətinin necə dərs keçdiyini və tələbələr ilə olan kommunikasiyanın necə olduğunu soruşun. Bu sizin seçdiyiniz ixtisas və qəbul olmaq istədiyiniz ali və ya orta təhsil müəssisəsi ilə bağlı fikir formalaşdırmağa çox kömək edəcək və alacağınız təhsilin keyfiyyəti bu məqamlardan çox asılıdır.

Dövlət və ya özəl təhsil imkanları?

Siz ixtisas seçimi zamanı həm dövlət, həm də özəl ali məktəblərdə təhsil ala bilərsiniz. Dövlət ali təhsil müəssisələrində büdcə hesabına təhsil almaq imkanı var. Özəl ali müəssisələrində isə təhsilinizi ödənişli və ya dövlət sifarişi (müsabiqə şərtlərindən asılı olaraq) əsasında alacaqsınız. Ali təhsil müəssisəsi seçərkən onun yaşının çox olması və ya yeni fəaliyyət göstərməsi, dövlət və ya özəl olması onun təhsil keyfiyyətinə təsir edən amil deyil. Hətta son illərdə cavan və xarici təhsilli kardların özəl və yeni fəaliyyət göstərən universitetlərə cəlb olunması da bu önyarqıya cavabdır.

Unutmayın ki, seçdiyiniz ixtisas əgər ürəyinizcə olmayıbsa, bu da son deyil, siz bir daha bakalavr təhsili ala və ya fərqli istiqamətdə magistr təhsili ilə davam edə bilərsiniz. 😊

Qeyd olunan faktorları nəzərə alsanız, ixtisas seçiminizi özünüz rahat bir şəkildə edə biləcəksiniz. Sizə bu istiqamətdə faydalı olacaq linklərə keçid ala bilərsiniz.

 

Faydalı linklər:

   İxtisas seçimi barədə konsultasiyalar: https://ixtisas.az/ 

 - İxtisas seçiminizdə kənardan təzyiq hiss edirsinizsə və məsləhətə ehtiyacınız yaranarsa: https://e-psixoloq.az/

Comments

Popular posts from this blog

Abituriyentlərə məsləhətlər