Böyüyəndə nə olaq?
Biz bu sualın cavabını uşaq yaşlarından universitet və ixtisas seçmək vaxtı gələnə qədər dəyişə bilərik. Müşahidə edə bilərik ki, həmin vaxt yetişəndə isə, az kütlə gənc var ki, seçdiyi ixtisas qrupunu yox, həqiqətən özünü görmək istədiyi sahəni və ixtisası desin. Bunu müəyyənləşdirməyin iki istiqaməti var. Birincisi, arzunuzda olduğunuz sahəni xəyal edib, bu istiqamətdə hazırlaşmağa başlamaq, ikincisi isə, hazırlıq mərhələsinə başlayıb, öz bacarıqlarınızın hansı istiqamətdə daha güclü olduğunu görərək həmin sahə uğrunda çalışmaq. Kənar təzyiqlərdən uzaq olun! – Təbii ki, sizə bu mərhələdə müdaxilə edənlər də az olmayacaq. Ola bilsin, həkim nəslində dünyaya gəldiyinizə görə, artıq sizin ATU-da müalicə işi ixtisasınız hələ kiçik yaşlarınızdan kodlaşdırılıb. Bəzi gənclər bunu artıq bir qanun kimi görüb etiraz etmədən davam edirlər. Hətta, “Nə istədiyimi bilmirəm, lakin valideynlərim bu ali məktəbi məsləhət görür ” ideayası ilə ixtisas seçənlər, “Mənim üçün fərqi yoxdur, bircə harasa...